"Artıq ikinci dəfədir ki, Mingəçevirdə "Kürü keçək" açıq suda üzmə yarışı keçirilir. Bundan öncə Pirallahıda buna oxşar bir tədbir təşkil etmişdik. Təbii ki, yarışın keçirilməsində məqsəd bu idman növünün təbliğatı və əhalinin sağlamlığıdır. Azərbaycanın müxtəlif yerlərindən olan vətəndaşları bu yarışa dəvət etmişdik. İştirakçıların 90%-i bu məsafəni qət edərək sona qədər üzə bildilər". SİA xəbər verir ki, bu sözləri "Kürü keçək?!" açıq suda üzmə yarışından sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında deyib.
"Bu, daha çox kütləvi tədbirlər silsiləsindəndir. Bu kütləvi tədbirlər daha çox əhalini idmana cəlb etmək üçündür. Bizim məqsədimiz yarışda sırf professional idmançıların deyil, sadə vətəndaşların iştirak etməsi idi",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB