İngiltərənin “Mançester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. SİA xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “şəhərlilər” digər Premyer Liqa təmsilçisi “Vulverhempton”dan Mateus Nunyesi transfer ediblər. Tərəflər beşillik müqaviləni razılaşdırıblar.
“Transfermarkt” portalı bu keçidin “Mançester Siti”yə 62 milyon avroya başa gəldiyini yazıb.
Portuqaliya millisinin üzvü keçən ilin yayında “Sportinq”dən “Vulverhempton”a transfer olunub. 25 yaşlı mərkəz yarımmüdafiəçisi bu mövsüm iki matçı əvəz edilmədən keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB