Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.
Turun ilk matçı “Sabah” və “Turan Tovuz” komandaları arasında olacaq. Rəqibindən bir oyun az keçirən “gənclik şəhəri” təmsilçisi hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb. Aktivində 6 xalı olan tovuzlular isə 4-cü sırada yer alıblar.
“Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun digər görüşləri 2-3 sentyabrda təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB