Fransalı futbolçu “Barselona”dan İngiltərə klubuna keçdi

Fransalı futbolçu “Barselona”dan İngiltərə klubuna keçdi

Fransalı müdafiəçi Kleman Lanqle İspaniyanın "Barselona” klubunu İngiltərə "Aston Villa”sına dəyişib. SİA xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano özünün "Facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, fransalı mərkəz müdafiəçisi artıq Premyer Liqa təmsilçisi üçün tibbi müayinədən keçib.

Lanqle 2018-ci ildə "Sevilya”dan "Barselona”ya transfer olunub. O, ötən mövsümü icarə əsasında "Tottenhem”də keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə