Mahirin komandası Avroliqa ilə vidalaşdı

Mahirin komandası Avroliqa ilə vidalaşdı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb, Xorvatiya) Avropa Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb. SİA xəbər verir ki, Zaqreb təmsilçisi ilk oyunda 3:1 hesabı ilə qalib gəldiyi “Sparta”nın qonağı olub.

Praqada keçirilən görüş Çexiya klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə “Sparta” Avqopa Liqasının, “Dinamo” isə Konfrans Liqasının qrup mərhələsinə düşüb.

Mahir Emreli matçın 71-ci dəqiqəsində - rəqib 3:1 hesabı ilə öndə olarkən meydana daxil olub və fərqlənə bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə