2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi seçildi

2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi seçildi

2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola bu ada layiq görülüb.

Qalibin adı UEFA Çempionlar Liqasının qrup mərhələsinin bugünkü püşkatma mərasimində açıqlanıb. İspaniyalı mütəxəssisə mükafatı UEFA prezidenti Aleksander Çeferin təqdim edib.

Qvardiola Simone İnzaqi ("İnter") və ötən mövsüm "Napoli"ni çalışdıran Luçano Spallettini qabaqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə