"Yarışın təşkilatçılığı mükəmməl idi" - Lukaş Çapla

"Yarışın təşkilatçılığı mükəmməl idi" - Lukaş Çapla

"Yarışın ilk günündən sonunadək hər şey mükəmməl idi. Öz yarışımdan razı qaldım və qızıl medal qazandım. Qeyd edim ki, bu mənim dünya çempionatlarında 9-cu ardıcıl medalımdır. Azərbaycana, o cümlədən, Bakı Atıcılıq Mərkəzinə xüsusi təşəkkür etmək istəyirəm. Burada hər kəs bizə dəstək verdi və həvəsləndirdilər. Yarışın təşkilatçılığı tamamilə mükəmməl idi". SİA xəbər verir ki, bu sözləri Bakıda təşkil edilən dünya çempionatında kişilər arasında tüfəngdən 50 metr məsafəyə hərəkət edən hədəfə atəşaçma növündə qızıl medal qazanan polşalı Lukaş Çapla deyib.

Polşanın sıralamada 8-ci yer tutması ilə bağlı danışan polyak bildirib ki, çempionat çətin olub: "Bəlkə də məşqçilər daha yaxşı nəticə gözləyirdilər. Yenə də komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki əlimizdən gələni etdik. Xüsusilə, son günlərdə medal sayımızda artım oldu. Ümid edirik ki, gələn ilki dünya kuboku yarışlarında daha yaxşı nəticə göstərəcəyik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə