Azərbaycan millisi ilə oyun üçün ilkin heyəti açıqladılar

Azərbaycan millisi ilə oyun üçün ilkin heyəti açıqladılar

İordaniya yığmasının Norveç və Azərbaycan millilərinə qarşı keçirəcəyi yoldaşlıq görüşləri üçün ilkin heyəti açıqlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, baş məşqçi Hüsseyn Ammuta sentyabrda oynanılacaq görüşlər üçün 31 futbolçuya dəvət göndərib:

Qapıçılar: Yazid Əbu Layla, Abdulla əl-Fəxuri, Malik Şalabiya, Məhəmməd əl-Əmvasi, Abdullah əl-Zubi

Müdafiəçilər: İhsan Həddad, Firas Şalabiya, Məhəmməd Əbu Həşiş, Yusuf Əbu əl-Cəzar, Mustafa Eid, Abdullah Nəsib, Yazan əl-Arab, Məhannəd Xair Allah, Salim Obaid, Hijazi Maher

Yarımmüdafiəçi: Mahmud Şavkat, Nizar əl-Raşdan, İbrahim Sadeh, Nur əl-Ravabdeh, Raqayi Ayed, Obayda əl-Samarneh, Saleh Rateb, Yussef Əbu Calbuş, Məhəmməd Əbu Rizk

Hücumçular: Mahmud əl-Mardi, Musa əl-Tamari, Anas əl-Avadat, Məhəmməd Əbu Zureyk, Həmzə əl-Dardur, Əli Olvan, Yazan əl-Naymat

Qeyd edək ki, İordaniya yığması sentyabrın 7-də Norveçlə Osloda, 12-də isə Azərbaycan millisi ilə Bakıda üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə