Taekvondo üzrə yığmamız Avropa çempionatını 2 medalla başa vurub

Taekvondo üzrə yığmamız Avropa çempionatını 2 medalla başa vurub

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə gənclər arasında Avropa çempionatına yekun vurulub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Taekvondo Federasiyasının dəstəyi ilə yarışa qatılan Azərbaycan millisi qitə birinciliyini 2 medalla başa vurub.

Baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə