İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales ispaniyalı Cennifer Hermoso ilə öpüşdüyünə görə intizam işi açılana kimi bütün futbol fəaliyyətlərindən uzaqlaşdırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında məlumat verilib.
O, həmçinin Hermoso və onun yaxın ətrafı ilə əlaqə saxlamaqdan çəkinməyi tövsiyə edir.
Oxşar tövsiyə İspaniya Futbol Federasiyası və onun rəsmilərinə də edilib.
FİFA İntizam Komitəsi yekun qərar qəbul olunana qədər prosesin gedişi ilə bağlı əlavə məlumat verməyəcək.
FİFA bütün insanların toxunulmazlığına hörmətlə yanaşmağa mütləq sadiqliyini bir daha təsdiqləyir və buna görə də hər hansı əks davranışı ən sərt şəkildə pisləyir.
Qeyd edək ki, Luis Rubiales mükafatlandırma mərasimi zamanı İspaniyanın Qadınlar arasında Dünya Kubokunu qazandıqdan sonra Cennifer Hermoso ilə öpüşüb.
Onu da qeyd edək ki, milli komandanın futbolçuları Rubialesin istefasını tələb ediblər. O, öz növbəsində, öpüşün kortəbii olduğunu və "qarşılıqlı razılaşma ilə" baş verdiyini söyləyərək, istefa verməkdən imtina edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB