Bu gün “Turan Tovuz” “Səbail”i, “Zirə” “Sabah”ı qəbul edəcək

Bu gün “Turan Tovuz” “Səbail”i, “Zirə” “Sabah”ı qəbul edəcək

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir. SİA xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.

Günün ilk qarşılaşması Tovuz şəhər stadionunda reallaşacaq. “Turan Tovuz” cari mövsümdə birinci dəfə doğma publika önünə çıxacaq. Ayxan Abbasovun kollektivi “Səbail”i qəbul edəcək. Hesabında cəmi 1 xal olan Bakı təmsilçisi ilk qalibiyyətini Tovuzda qazanmaq niyyətindədir. Ev sahibi komanda isə qələbə qazanacağı təqdirdə liderliyə şərik ola bilər.

Daha sonra paytaxt klubları “Zirə” ilə “Sabah” birincilərin meydanında üz-üzə gələcəklər. Geridə qalan 3 turda büdrəməyən “Zirə” çempionluğa iddialı rəqibi önündə də uğurlu seriyasını davam etdirmək əzmindədir.

Qeyd edək ki, turun ilk oyununda “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə ediblər - 1:1. “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” görüşləri avqustun 27-də keçiriləcək.

Premyer Liqa

IV tur

26 avqust

17:00. “Turan Tovuz” – “Səbail”

Baş hakim: Tural Qurbanov

Tovuz şəhər stadionu

19:30. “Zirə” – “Sabah”

Baş hakim: Elçin Məsiyev

Zirə İdman Kompleksinin stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə