“Beşiktaş” və “Fənərbağça” qələbə qazanıb, “Adana Dəmirspor” uduzub
Türkiyə klubları UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunlarını keçiriblər. SİA-nın məlumatına görə, İstanbul nəhəngləri “Beşiktaş” və “Fənərbağça” qələbə, “Adana Dəmirspor” isə məğlubiyyətlə yadda qalıb.
“Beşiktaş” Ukrayna klubu “Dinamo” (Kiyev) ilə səfər görüşünü Buxarestdə keçirib. Qarşılaşma Şenol Günəşin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. “Ağ-qaralar”a qələbə qazandıran qola 90+5-ci dəqiqədə qazaxıstanlı transfer Baxtiyor Zaynutdinov imza atıb.
“Fənərbağça” doğma meydanında Niderland təmsilçisi “Tvente”ni darmadağın edib. “Fənər”in 5 qoluna rəqib cəmi 1 topla qarşılıq verə bilib – 5:1.
“Adana Dəmirspor” isə Belçikada “Genk”lə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, pley-offun cavab matçları avqustun 31-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB