Əlverişsiz maliyyə vəziyyətini nəzərə alaraq, “Barselona” yay transfer pəncərəsi bağlanana qədər hücumçu Ansu Fati ilə yollarını ayırmaq istəyir. Bununla belə, 20 yaşlı futbolçunun özü də “Kamp Nou”da qalıb, heyətdə yer almaq üçün mübarizə aparmaqda qərarlıdır. Nəticədə vəziyyət dalana dirənib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İspaniyanın “Sport” nəşrinin məlumatına görə, “Barselona” Fatinin agenti ilə – Xorxe Mendeşlə danışıqlar aparmağa hazırlaşır. Tərəflər hazırkı vəziyyətdə futbolçunun gələcəyini müzakirə edəcəklər.
Daha əvvəl İngiltərə Premyer Liqasının klublarının Ansu Fati ilə maraqlandığı bildirilirdi. Portal transfermarkt oyunçunu 35 milyon avroya qiymətləndirir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB