Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atış açma yarışında Azərbaycan komandası gümüş medalları bayram edib. SİA xəbər verir ki, fərdi atışda qadınlar arasında ən yüksək göstəriciyə imza atan (8-ci yer) Zeynəb Sultanova “gümüş” təəssüratlarını bölüşüb:
“Bu, beynəlxalq yarışlarda ilk medalımdır. Açığı, bu cür sonluq – medal gözləmirdim. Sonluğun belə olması gözəldir”
Sultanovanın atıcılıqla peşəkar səviyyədə məşğul olduğu çox az müddətdir. Dünyanın ən güclülərinin qatıldığı mötəbər yarışda qadınlar arasında 8-ci, komanda yarışında isə 2-ci olan atıcımız gələcəyə nikbin baxır:
“Mən 3-4 ildir atıcılıqla məşğul oluram. Olimpiadaya vəsiqə qazanmaq üçün hələ ki, təcrübəm çatmır. İndi ikinci yeri tutdum. İnşallah, zaman ötdükcə pillələrlə qalxa-qalxa ora kimi gedib çıxaram”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB