Azərbaycan parataekvondoçusu Cənubi Koreyada bürünc medal qazanıb
Azərbaycanın daha bir parataekvondoçusu Cənubi Koreyanın Çhunçhon şəhərində keçirilən açıq dünya çağırış yarışında medal qazanıb.
Taekvondo Federasiyasından SİA-ya verilən məlumata görə, G4 kateqoriyalı turnirin ikinci günü Əbülfəz Abuzərli (80 kq, K-44) fəxri kürsüyə yüksəlib.
Yığma üzvü bürünc medala yiyələnib. Bununla da komandamızın turnirdə qazandığı mükafatlarının sayı 2-yə çatıb. Abuzərlidən öncə İmaməddin Xəlilov (70 kq, K-44) çempion tituluna sahib olub.
Qeyd edək ki, yığma Avropa paralimpiya çempionatında da 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB