“Mançester Siti” 60 milyon avro ödəməyə hazırdır

“Mançester Siti” 60 milyon avro ödəməyə hazırdır

Fransanın "Renn” klubunun futbolçusu Jeremi Doku karyerasını İngiltərədə davam etdirə bilər. SİA xəbər verir ki, məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, "Mançester Siti” belçikalı vingerin xidmətində maraqlıdır. "Şəhərlilər” 21 yaşlı futbolçu üçün 55-60 milyon avro ödəməyə hazırdırlar. Doku "Mançester Siti”yə keçidə isti yanaşır.

Digər Premyer Liqa klubu "Vest Hem” də oyunçunu heyətinə qatmaq istəyir. 2020-ci ildən "Renn”də çıxış edən Belçika millisinin üzvü ötən mövsüm 35 oyunda yeddi qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb. O, bu mövsüm bir matçda bir qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə