Daha bir rusiyalı idmançı vətəndaşlığına dəyişidi

Daha bir rusiyalı idmançı vətəndaşlığına dəyişidi

Londonda keçirilən Paralimpiya Oyunlarının bürünc mükafatçısı, velosipedçi Svetlana Moşkoviç idman vətəndaşlığını Avstriya vətəndaşlığına dəyişib.

SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Paralimpiya Komitəsinin rəhbəri Pavel Rojkov məlumat verib.

“Paralimpiya idmançıları sırasında idman vətəndaşlığını dəyişmək istəyən idmançılar demək olar ki, yoxdur. Yeganə istisna velosipedçi Svetlana Moşkoviçdir. O, uzun müddət Avstriyada yaşayıb və təhsilini də orada alıb. Buna görə də onun üçün heç bir maneə yaratmadıq”.

Bunu deyən Rojkov, həmçinin əlavə edib ki, “paralimpiyaçı idmançılarımız bu çətin vəziyyətdə dövlətin onları qoruduğunu anlayır və onlar üçün veriləcək startları gözləyirlər”.

SİA-nın əldə etdiyi məlumata görə, Moşkoviçin 40 yaşı var, o, 2015-ci il Dünya Çempionatının da qalibi olub və dünya çempionatlarında daha səkkiz mükafat qazanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə