Azərbaycan Premyer Liqasında III tura yekun vurulub

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. SİA xəbər verir ki, bağlanış matçında “Sabah” və “Neftçi” komandaları üz-üzə gəliblər.
Həftəiçi UEFA Konfrans Liqasında rəqiblərinə məğlub olaraq avrokuboklarla vidalaşan Bakı təmsilçiləri “Bank Respublika Arena”da qarşılaşıblar.

Əliyar Ağayevin idarə etdiyi paytaxt derbisində hesabı meydan sahibləri açıb. 43-cü dəqiqədə Boyan Letiç dəqiq zərbə vurub. Fasilədən sonra “status-kvo” bərpa olunub. 49-cu dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub.
Görüş 1:1 hesabı ilə başa çatıb. “Sabah”ın baş məşqçisi Murad Musayev son dəqiqələrdə qırmızı vərəqə alıb.

Bu nəticədən sonra “Sabah” xallarının sayını 4-ə, “Neftçi” isə 2-yə yüksəldib.
Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Sumqayıt” “Qəbələ”ni (2:1), “Zirə” “Səbail”i (2:1) səfərdə, “Qarabağ” isə “Araz-Naxçıvan”ı (2:1) öz meydanında məğlub edib.

Premyer Liqada IV turun oyunları avqustun 25-27-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə