İkardi “Qalatasaray” - “Trabzonspor” matçına damğa vurdu

İkardi “Qalatasaray” - “Trabzonspor” matçına damğa vurdu

Türkiyə Super Liqasında II turun mərkəzi qarşılaşması “Qalatasaray” və “Trabzonspor” komandaları arasında baş tutub. SİA xəbər verir ki, İstanbulda keçirilən oyun “sarı-qırmızılılar”ın qələbəsi ilə başa çatıb - 2:0.

Hər iki qolu Mauro İkardi vurub. Argentinalı forvard 23 və 90+3-cü dəqiqələrdə fərqlənərək “Qalatasaray”a qələbə qazandırıb.

Hazırda dörd xalı olan İstanbul klubu üçüncüdür. Üç xala sahib “Trabzonspor” səkkizinci sırada qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə