"Liverpul"dan qələbə

"Liverpul" İngiltərə Premyer Liqasında 2-ci tur oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi "Bornmut"u qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.

"Liverpul" - "Bornmut"- 3:1
Qollar:
Semenyo, 3 (0:1), Dias, 28 (1:1), Salah, 36, Jota, 62 (3:1)
Qırmızı vərəqə: Makallister, 58 ("Liverpul")

Beləliklə, Yurgen Kloppun baş məşqçisi olduğu komanda bu mövsüm ölkə çempionatında ilk qələbəsini qazanıb. "Liverpul"un hazırda 4 xalı var.

Bütün xəbərlər Facebook səhifəmizdə