Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında mübarizəyə başlayıb.

SİA xəbər verir ki, Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşıb.

Almaniyanın Düsseldorf şəhərində oynanılan qarşılaşma millimizin 3:0 (25:21, 25:10, 25:15) hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupun digər matçında Türkiyə seçməsi İsveçi eyni hesabla məğlub edib.

Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparırlar. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə