Daha bir rusiyalı şahmatçı idman vətəndaşlığını dəyişib

Daha bir rusiyalı şahmatçı idman vətəndaşlığını dəyişib

Rusiyalı qrossmeyster Maksim Çiqayev bundan sonra İspaniya bayrağı altında çıxış edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 26 yaşlı idmançının Beynəlxalq Şahmat Federasiyasının saytındakı profilində deyilir.

Xatırladaq ki, Çiqayev FİDE reytinqində 164-cü yeri tutur.

Rusiya milli komandasının tərkibində Çiqayev 16 yaşadək gənclər arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi oldu (2012), o, həm də iki dəfə yeniyetmələr arasında dünya çempionatının bürünc mükafatını qazanıb.

Yeri gəlmişkən, Rusiya şahmatçıları, Rusiya Şahmat Federasiyasının Asiya Federasiyasına keçməsindən sonra, yeni ölkənin Avropa olması şərti ilə bir gün ərzində idman vətəndaşlığını dəyişmək hüququ əldə ediblər. Qeyd edək ki, artıq bir çox rusiyalı şahmatçılar bu hüquqdan yararlanıblar.

O cümlədən, on ikinci dünya çempionu Aleksandra Kosteniuk İsveçrənin bayrağı altında keçib. İyulun ortalarında “Forbes” xəbər verib ki, keçən ildən bəri 140-dan çox rus şahmatçısı vətəndaşlıq dəyişikliyi prosedurundan keçib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə