Kataloniya klubunun rəsmi saytı xəbər verir ki, “Barselona”nın müdafiəçisi Ronald Araujo bud əzələsindən zədə alıb.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Kataloniya klubunun rəsmi saytı xəbər verir.
Məhz buna görə də, uruqvaylının La Liqanın 2-ci turunda “Kadis”ə qarşı matçını mütləq buraxacaq. Lakin bu onun üçün yeganə olacağı ehtimal edilmir. Belə ki, Ronaldo Arauxonun sağalmasının bir neçə həftə çəkəcəyi deyilir.
Yeri gəlmişkən, “Barselona” “Kadis”lə oyuna həm də Rafinyasız şıxacaq.
Xavi isə məşqçilər skamyasında otura bilməyəcək.
Hər ikisi La Liqanın ilk turunda, "Xetafe" ilə görüşdə (0:0) 2 oyunluq cəza alıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB