HİK 10 nəfərlə qaldı - Yenilənir

HİK 10 nəfərlə qaldı - Yenilənir

"Qarabağ" bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Finlandiyada HİK-in qonağı olur. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bu komandalar arasında ilk görüş Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" - HİK cütünün qalibi Avroliqanın pley-offunda "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq. Sözügedən cütün məğlubu isə Konfrans Liqasının pley-offunda "Farul"la (Rumıniya) üz-üzə gələcək.

17 avqust

20:00. HİK (Finlandiya) - "Qarabağ" (Azərbaycan) - 1:0 (Birinci hissə)

Qol: Hostikka, 10

Qırmızı vərəqə: Benissan, 16-iki sarı vərəqə (HİK)
Baş hakim: Villi Delayod (Fransa)

İlk oyun - 1:2
"Bolt Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə