Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb. Federasiyadan SİA-ya verilən məlumata görə, baş məşqçi Ataman Güneyligil "15-liy"i müəyyənləşdirib.

Ülkər Kərimova və Şəfaqət Alışanova əvvəlki heyətdən çıxarılıb.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,

Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.

Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligil

Qeyd edək ki, Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq. Komanda ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə