Azərbaycan millisinin Estoniya ilə oyununun stadionu müəyyənləşib
Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniya yığması ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 13-də Tallin şəhərindəki “Le Kok Arena”da təşkil olunacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB