Azərbaycan millisi Monteneqronu məğlub edib

Azərbaycan millisi Monteneqronu məğlub edib

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində Monteneqronun müvafiq yaş qrupundan ibarət komandasını məğlub edib. SİA-nın məlumatına görə, "Dalğa Arena"da baş tutan qarşılaşma Füzuli Məmmədovun baş məşqçisi olduğu yığmanın inamlı qələbəsi ilə yekunlaşıb - 4:1.

Amid Qasımovun dubl etdiyi oyunda millinin digər qollarını Ömər Kərimov və Hikmət Cəbrayılzadə vurublar.

Komandalar arasında növbəti oyun avqustun 18-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə