Biləsuvarda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib.
Biləsuvar rayonun Çaylı kənd sakini, Ziyafəddin Fikrəd oğlu Fətullayevin idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən həmkəndlisi, 1969-cu il təvəllüdlü Səlimə Mirmahmud qızı Sultanovanı vurub.
Qəzada ağır xəsarət alan S.Sultanova hadisə yerində ölüb.
Qeyd edək ki, hadisə, avtobusdan düşən piyada yolu keçmək istəyərkən baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB