"Məşqçilər idmançılarımız üçün hər şəraiti yaradır" - QURUM RƏSMİSİ BİLDİRİB
"Atıcılıq üzrə dünya çempionatında iştirak edən atıcılarımızın sayı 31 nəfərdir. 12 nəfər stend atıcılığı, qalanı isə güllə atıcılığı üzrə yarışacaq". SİA xəbər verir ki, bu sözləri Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Zemfira Meftahəddinova Bakıda keçiriləcək atıcılıq üzrə 53-cü Dünya Çempionatı ərəfəsində təşkil olunan mətbuat konfransında deyib.
"Komanda tərkibində bizim gənc idmançılarımız da, təcrübəli idmançılarımız da iştirak edir. Təbii ki, hər idmançı yarışa gəldikdə qalib olmaq istəyir. Bizim idmançılarımız da həmçinin. Məşqçilər idmançılarımız üçün hər bir şəraiti yaradır. Onlar da çalışırlar ki, ən yaxşısını etsinlər"-, deyə o əlavə edib.
Qeyd edək ki, Dünya Çempionatının açılış mərasimi bu gün olacaq. Yarış sentyabrın 1-dək davam edəcək.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB