I Dünya Gökbörü Oyunları başladı

İdman tədbirində ev sahibi Qırğızıstanla yanaşı, Qazaxıstan, Rusiya, Özbəkistan, Əfqanıstan və Amerika Birləşmiş Ştatları (ABŞ) komandaları iştirak edir
I Dünya Gökbörü Oyunları başladı

Qırğızıstanın İssık-Kul vilayətində istirahət mərkəzi olan Çolpon-Ata şəhər hipodromunda bir həftə davam edəcək I Dünya Gökbörü Oyunları açılış mərasimi ilə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, idman tədbirində ev sahibi Qırğızıstanla yanaşı, Qazaxıstan, Rusiya, Özbəkistan, Əfqanıstan və Amerika Birləşmiş Ştatları (ABŞ) komandaları iştirak edir.

Qeyd edək ki, yarışın açılış mərasimindən əvvəl Milli Kökbörü Federasiyasının 14 nümayəndəsinin iştirakı ilə Çolpon Ata şəhərində keçirilən konqresdə Beynəlxalq Gökbörü Birliyi yaradılıb. Yeni birliyə Qırğızıstanın baş prokuroru Kurmankul Zuluşev rəhbərlik edir.

Qırğızıstan prezidenti Sadir Çaparov I Dünya Gökbörü Oyunlarının açılış mərasimindəki çıxışında deyib: "Gökbörü milli oyunumuzdur. Onu bütün dünyaya tanıtacağıq".

Yarışda komandalar “Dostluq və dünya” kuboku uğrunda mübarizə aparacaq.

Yarımfinal görüşləri avqustun 17-18 tarixlərində, final oyunları isə ayın 20-də keçiriləcək.

“Börü” kök türkcəsində qurd, canavar deməkdir. “Gökbörü” - göy yallı canavar deməkdir, boz qurdla eyni mənadadır. Müharibə və döyüş ruhunu, azadlığı, sürəti, təbiəti təmsil edir. Türk millətinin başına bir iş gələndə, təhlükə yarananda ortaya çıxır, yol göstərir. Çadırların qarşısında qızılı qurd başlı dirəklər qoyulur. Bir çox türk tayfaları bayraqlarında börükdən istifadə edirlər. Döyüş Ruhu (Tanrısı) qurd görünüşünə bürünür.

Bütün xəbərlər Facebook səhifəmizdə