“Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa "Real Madrid"ə keçmək üçün İngiltərədən İspaniya paytaxtına köçməyə yaxındır.
Kepa Arrizabalaqa əvvəllər Almaniyanın “Bavariya”sının maraq dairəsində idi və Münhen tərəfi ilə anlaşmaya yaxın idi. Söhbət ispaniyalının müqaviləsini almaq hüququ ilə icarəyə götürülməsindən gedirdi. Lakin zədəli belçikalı Tibo Kurtuanın yerinə təcili olaraq əvəzedici axtaran “Real Madrid” bütün planları pozdu.
SİA-nın əldə etdiyi məlumata görə, Kepa Arrizabalaqanın “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir. Bildiyiniz kimi, daha əvvəl “təqaüdçülər” “Brayton”dan qapıçı Robert Sançesi transfer etmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB