Milli Xokkey Liqasının “Vaşinqton Kapitals” klubunun hücumçusu Aleksandr Oveçkin ABŞ-da rus mədəniyyətinin ləğvi ilə bağlı sualı cavablandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.
Beləliklə, rusiyalı xokkeyçi Amerikada yaşadığı dövrdə ruslara qarşı mənfi münasibət hiss etmədiyini deyib. Onun sözlərinə görə, Vaşinqtonda hər şey əladır. Azarkeşlər ona isti münasibət bəsləyirlər.
Qeyd edək ki, Oveçkin ABŞ-a köçmək təəssüratlarını xatırladıb. Xokkeyçi Vaşinqtona ilk səfərini həbsxanaya getməklə müqayisə edib. O, əlavə edib ki, o vaxt ingilis dilini bilmir və buna görə hətta televizora belə baxa bilmirmiş.
Yeri gəlmişkən, Oveçkin 2005-ci ildən Milli Xokkey Liqasında oynayır. O bütün mövsümləri Şimali Amerikada, Vaşinqtonla keçirib.
Klubla birlikdə xokkeyçi 2018-ci ildə Stenli Kubokunu qazandı.
Rus liqa tarixinin ən yaxşı bombardiri siyahısında isə ikinci yeri tutur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB