Luninə inanıram deyən Ancelotti, bəs onda niyə yeni qapıçı axtarır?
...Dünən komandanın əsas qapıçısı Tibo Kurtua zədələnib, ona sol dizin ön çarpaz bağının qopması diaqnozu qoyulub. O vaxt Ukraynanın “Zarya” klubundan alınan 24 yaşlı Lunin, biuldiyimiz kimi, komandanın ikinci qapıçısıdır.
“...İndi Kurtuaya tez sağalmasını arzulamaq və əla qapıçı olan Luninə özünə inam vermək qalır. Biz onu təcrübəsi olmayan istedad hesab edirik, amma o qazanacaq. Bu problemləri həll etmək üçün böyük komandamız var. Kurtua zədələnəndə ilk düşündüyüm şey Luninin şənbə günü oynayacağı idi.
Mən Luninlə bağlı tamamilə sakitəm. Bizə qapıçı lazım olub-olmadığını düşünməliyik, avqustun 31-nə kimi vaxtımız var. Qapıçı haqqında düşünsək, mövsüm çox uzun olduğu üçün bu, yalnız heyəti genişləndirmək olacaq. Biz Luninə tam etibar edirik”.
Deməli, SİA-nın da əldə etdiyi məlumata görə, bu fikirləri “Real Madrid”in baş məşqçisi Ancelotti “Mundo Deportivo”ya danışıb.
Amma Madrid klubu bu yandan da Yassin Bunu ("Sevilya"), Kepa Arrizabalaqa ("Çelsi") və ya Keylor Navası (PSJ) transfer etmək variantını nəzərdən keçirir. Bəs, onda Luninə olan inam..?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB