“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb

“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb

“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb. SİA kluba istinadla bildirir ki, müdafiəçi Slavik Alxasov paytaxt təmsilçisini tərk edib.

Otuz yaşlı cinah oyunçusu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Slavik Alxasov 2022/2023 mövsümündə Premyer Liqada 20 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə