"Növbəti oyunlarda qələbəmizin davamını gətirməyə çalışacağıq" - Toral Bayramov

"Növbəti oyunlarda qələbəmizin davamını gətirməyə çalışacağıq" - Toral Bayramov

"Çətin oyun oldu. Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq bizə lazım idi. Bu oyunda qələbə qazandıq və azarkeşlərimizi sevindirdik. Növbəti oyunlarda bu qələbənin davamını gətirməyə çalışacağıq". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "HJK Helsinki" oyunundan sonra jurnalistlərə açıqlamasında Toral Bayramov deyib.

O qeyd edib ki, bu bur futboldur və müxtəlif situasiyalar yarana bilir: "Yoxdan qol yaranır. Biz futbolçuyuq və məşqçimiz bizə güvənir. Bizi hansı mövqeyə qoyursa, biz də onun haqqını verməyə çalışacağıq. Rəqibimiz güclü komandadır. Bu gün açıq oyun getdi. Biz də bir çox riskə getdik".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə