"Neftçi" heyətinə yeni futbolçu qatıb.
SİA Qol.az-a istinadən xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Bakı təmsilçisi "Erzurumspor"dan ayrılan 29 yaşlı hücumçu Aaron Sauel Olanareni transfer edib. Hələlik keçidin detalları açıqlanmayıb.
Qeyd edək ki. Aaron 2021-2023-cü illərdə "Erzurumspor"da oynayıb. Həmçinin o, “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB