“Beşiktaş” klubu Bakıya gəlib

“Beşiktaş” klubu Bakıya gəlib

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Beşiktaş” klubu Bakıya gəlib. SİA-nın məlumatına görə, İstanbul nəhəngini gətirən təyyarə bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

“Qara qartal”ı azarkeşlər hava limanında böyük coşqu ilə qarşılayıblar.

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək ilk oyun saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə