Azərbaycan basketbol millisinin rəqibləri bilinib - FOTO

Azərbaycan basketbol millisinin rəqibləri bilinib - FOTO

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci il Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində üz-üzə gələcəyi rəqiblər bilinib. SİA-nın məlumata görə, Almaniyanın Münhen şəhərində baş tutan püşkün nəticəsinə əsasən, komandamız A qrupunda İsveçrə, Kosovo və İrlandiya yığmaları ilə mübarizə aparacaq.

Qrup oyunları dairəvi sistemlə keçiriləcək. Üç qrup qalibi ilə birgə ən yaxşı qrup ikincisi 2025-ci ilin yayında baş tutacaq ilkin təsnifat mərhələsinin ikinci raunduna yüksələcək.

Qeyd edək ki, təsnifat mərhələsində qrupun ilk oyunları 2024-cü il 19-27 fevral tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə