"Gənclərimiz beynəlxalq aləmdə aktiv olmağa davam edəcək" - Fərid Qayıbov
"Avropa Gənclər Parlamentinin Beynəlxalq Sessiyası ilk dəfədir ki, Azərbaycanda keçirilir. Bu sessiyanın baş tutmasının əsas səbəbi Avropa Gənclər Parlamentinin Azərbaycan Təşkilatıdır. Bu sessiya çox yüksək səviyyədə hazırlanıb. Bunu yalnız mən deyil, burada iştirak edən 35 ölkənin nümayəndələri deyir". SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
"Həqiqətən də onları çıxış üçün dəvət etdikdə çox fərəhləndim. Digər ölkələrin nümayəndələri də onları alqışla qarşıladı. Bu, o deməkdir ki, onlar da təşkilatçılığı çox bəyənib. Bildiyiniz kimi, bu sessiyalar ildə iki dəfə keçirilir. Bizim bu təşkilat da bir çox sessiyada iştirak edib.Yəni, kifayət qədər təcrübəyə sahibdirlər. İnanıram ki, gənclərimiz beynəlxalq aləmdə aktiv olmağa davam edəcək və Azərbaycana uğur gətirəcəklər".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB