"Sabah" - "Partizan" oyununun biletləri satışa çıxarılıb

"Sabah" - "Partizan" oyununun biletləri satışa çıxarılıb

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu üçün bilet satışına başlanılıb. Klubdan SİA-ya verilən məlumata görə, biletləri “iticket.az” saytından, portalın məntəqələrindən, avqustun 8-dən etibarən isə “Bank Respublika Arena”nın kassasından əldə etmək mümkündür.

Satılmış hər biletdən əldə olunan 1 manat məbləğində vəsait Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək "Sabah" - "Partizan" görüşü saat 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə