Azərbaycanın su polosu yığması beynəlxalq turnirdə bürünc medal qazanıb
Su polosu üzrə Azərbaycanın U-13 yığması Macarıstanın Bekeşçaba şəhərində keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, milli 2009-2010-cu il təvəllüdlü idmançılar arasında “Dia Polo” yarışında 3-cü yeri tutub.
Turnirdə Azərbaycanla yanaşı, Rumıniya, Polşa, Finlandiya, Bolqarıstan yığmaları, Macarıstanın “Budapeşt”, “Sşentiş” və “Bekeşçaba” komandaları mübarizə aparıblar.
Azərbaycan yığmasının üzvü Rəhim Əlimərdan yarışın ən yaxşı oyunçusu, Ağaismayıl Babayev isə ən azyaşlı oyunçusu nominasiyalarının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB