Azərbaycan gimnastları MDB Oyunlarında üç medal qazanıblar

Azərbaycan gimnastları MDB Oyunlarında üç medal qazanıblar

Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında ölkəmizi təmsil edən bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandamız daha 2 bürünc medal qazanıb.

SİA-nın əldə etdiyi məlumata görə, komandanın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova 5 topla hərəkətlərin və 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüblər.

Xatırladaq ki, ötən gün komanda çoxnövçülükdə bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə