Buffona vəzifə verildi

İtaliya millisinin nümayəndə heyətinə Canluici Buffon rəhbərlik edəcək. SİA xəbər verir ki, o sosial şəbəkələrdə bunu deyib: "Mən milli komandaya qayıdıram, çünki 30 il əvvəl ilk dəfə millinin qapı xəttini keçən uşaq hələ də xəyal etmək və bu arzusunu italyan azarkeşlərlə birlikdə yaşamaq istəyir”.

Xatırladaq ki, 45 yaşlı qolkiper daha əvvəl futbolçu kimi karyerasını başa vurduğunu açıqlamışdı.

Qeyd edək ki, Buffondan əvvəl Roberto Mançininin qərargahında milli komandanın nümayəndə heyətinin rəhbəri Canluka Vialli olub. 2022-ci ilin dekabrında Vialli postunu tərk edib, 2023-cü ilin yanvarında isə İtaliya millisinin keçmiş hücumçusu vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə