“Barselona” almaniyalı futbolçunu transfer etmək niyyətindədir

“Barselona” almaniyalı futbolçunu transfer etmək niyyətindədir

“Barselona” 2006-cı il təvəllüdlü almaniyalı futbolçu Noa Darviçi transfer etmək niyyətindədir. SİA xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano öz “Facebook” səhifəsində məlumat verib.

“Noa Darviç öz mövqeyində ən yaxşı istedadlardan biri hesab edilir. 16 yaşı olmasına baxmayaraq, o zaman artıq "Frayburq"un əsas komandasında idi”, - deyə insayder qeyd edib.

Onun sözlərinə görə, “Barselona” futbolçunun yarımmüdafiə üzrə hazırkı və gələcək layihələrin bir hissəsi olmasını istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə