UEFA-dan klublarımızın oyunları ilə bağlı yekun qərar

UEFA-dan klublarımızın oyunları ilə bağlı yekun qərar

Xəbər verdiyimiz kimi, avqustun 10-da Bakıda avrokubokların 3 oyunu keçiriləcək. UEFA “Qarabağ”, “Neftçi” və “Sabah”ın ev oyunlarının eyni gündə Bakıda keçirilməsinə qərar verib. AFFA isə məsələ ilə əlaqədar UEFA-ya müraciət edib.

Avropanın ali futbol qurumu AFFA-nın müraciətinə cavab verib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu haqda açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib. O, UEFA təklifə müsbət cavab vermədiyini qeyd edib:

“Üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı UEFA-ya müraciət etmişdik. UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin”.

Xatırladaq ki, UEFA avqustun 10-da "Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə (Fİnalandiy), "Neftçi"nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Beşiktaş"la (Türkiyə) və "Sabah"ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Partizan"la (Serbiya) oyununun Bakıda keçiriləcəyini təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə