U-21 millimizin Serbiya ilə matçının yeri müəyyənləşib

U-21 millimizin Serbiya ilə matçının yeri müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Serbiya yığmasına qarşı keçirəcəyi oyunun stadionu müəyyənləşib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Serbiya - Azərbaycan qarşılaşması sentyabrın 12-də Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində İngiltərə, Şimali İrlandiya, Lüksemburq, Serbiya və Ukrayna ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə