"Bizim üçün ağır oyun oldu. Fikrimcə, növbəti mərhələyə keçməyə layiq idik. Beşiktaşla oyunun məncə çox yaxşı keçəcəyini düşünürəm. Lakin onlarla qarşılaşmadan öncə bizi iki oyun gözləyir. Biz buna hazırlaşmalıyıq". SİA xəbər verir ki, bu sözləri UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin "Neftçi" - "Jelezniçar" cavab oyunundan (2:0, ilk oyun - 2:2) sonra təşkil edilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu deyib.
Turnirdə mübarizəni davam etdirən komandanın çalışdırıcısı fikrini belə davam etdirib: "Mən qeyd edə bilmərəm ki, Neftçi mənim görmək istədiyim vəziyyətdədir ya yox lakin biz Neftçinin yaxşı bir formada irəliləməsi üçün hər şey edəcəyik. Hazırda iki gənc hücumçumuz var. Ancaq buna baxmayaraq klubumuza yenidən hücumçu cəlb etmək istəyirik. Bu istiqamətdə artıq işlərə başlamışıq. Mənim heyətimdə çox güclü yerli oyunçular var. Bizim əsas məqsədimiz titul qazanmaqdır. Bu da heç asan bir iş deyil".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB