Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Çempionlar Liqasının oyununa təyinat alıb

FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 8-də keçiriləcək "Klaksvik" (Farer adaları) – “Molde” (Norveç) oyununun baş hakimi azərbaycanlı referi olacaq.

Ona FİFA referi köməkçisi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə