“Neftçi”dən avrokubok oyunundan öncə maraqlı paylaşım

“Neftçi”dən avrokubok oyunundan öncə maraqlı paylaşım

“Neftçi” UEFA Konfrans Liqasında Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə keçiriləcək cavab oyunu ərəfəsində maraqlı videoçarx paylaşıb. SİA xəbər verir ki, videoçarx “Neftçi TV” vasitəsilə yayımlanıb. Videoda “ağ-qaralar”ın dəyərləri və hədəflərinin dəyişməz olaraq qaldığı qeyd olunub.

Qeyd edək ki, “Neftçi” - “Jelezniçar” matçı 8-ci km stadionunda, saat 21:00-da başlayacaq. Bu komandalar arasında Sarayevoda baş tutan ilk qarşılaşmada 2:2 hesabı qeydə alınıb.

“Neftçi” Azərbaycan Premyer Liqasının yeni mövsümündə ilk oyununu avqustun 6-da səfərdə “Kəpəz”lə keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə