“Bavariya”nın futbolçusu Sadio Manenin “Əl-Nəsr”ə keçidi rəsmiləşib. SİA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun tviter səhifəsi məlumat yayıb. Almaniya mətbuatı “Əl-Nəsr”in Mane üçün Münhen klubuna 40 milyon avro ödəyəcəyini yazıb.
Xatırladaq ki, “Əl-Nəsr”də Kriştiano Ronaldo, Anderson Talişka, Marselo Brozoviç, Aleks Telles, Seko Fofana kimi oyunçular da çıxış edir.
Qeyd edək ki, Mane 2022/23 mövsümündə 38 matçda iştirak edib, 12 qol vurub və 6 qolun ötürməsini verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB